AZ

Mirzoyan: “Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırıq”

“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. 

Mirzoyan qeyd edib ki, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunun üçün əməli səylər göstərir:

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”.

Bizim.Media

Seçilən
51
11
bizim.media

10Mənbələr