AZ

Mirzoyan: Türkiyə ilə əlaqələri normallaşdırmağa hazırıq

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır.

Savash.org xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı vəzifədaşı ilə birgə mətbuat konfransında deyib.

O bildirib: “Ermənistan əvvəllər olduğu kimi, qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və əməli səylər göstərir”.

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, Türkiyə ilə sərhədi açmağa hazırıq və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq. ”, – deyə Mirzoyan əlavə edib ki, Ermənistan Türkiyə ilə sağlam dialoqa malikdir.

Yada salaq ki, qeyri-rəsmi məlumata görə, iyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin sərhəddə görüşü planlaşdırılıb. Lakin son anda Türkiyə tərəfi görüşdən imtina edib.

Seçilən
78
11
savash.org

10Mənbələr