RU

Pilotsuz katerlər Novorossiysk limanına hücum edib

İyulun 3-nə keçən gecə Krasnodar diyarının Novorossiysk şəhər limanı pilotsuz katerlərin hücumuna məruz qalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə şəhərin meri Andrey Kravçenko məlumat yayıb.

Mer iddia edib ki, iki saat ərzində həyəcan siqnalı səslənib, lakin yayılan videolardan bu görünmür. Dağıntı və tələfat barədə məlumat verilməyib. Akvatoriyaya baxış keçirmək üçün şəhərin çimərliyi və sahili bağlanıb.

Daha sonra Rusiya Müdafiə Nazirliyi Novorossiysk istiqamətində hərəkət edən iki pilotsuz katerin məhv edilməsi barədə məlumat yayıb. Həmçinin, qurumun məlumatına görə, beş uçan pilotsuz təyyarə Belqorod vilayətində, dördü Bryansk üzərində, biri isə Moskva üzərində vurulub.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya bölgələri müntəzəm atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hücumlarının qarşısının alınması barədə məlumat verir və Rusiya ərazisi üzərində raket və pilotsuz təyyarələrin vurulduğunu bildirir.

“AzPolitika.info”

Избранный
85
21
azpolitika.info

10Источники