AZ

Ukrayna Rusiyanın gəmi limanına hücum etdi: Ölən və yaralananlar var

Rusiya Ukraynanın Krasnodar limanında katerə hücum edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər veirr ki, bu barədə Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib.

Kondratyev sosial media hesabından verdiyi açıqlamada Ukrayna administrasiyasının Krasnodar bölgəsi ərazisində terror aktı törətdiyini bildirib və \"Ukrayna ordusu bu gün səhər saatlarında Qafqaz limanında bərəyə İHA hücumu həyata keçirib\" deyib.

Hücumda alovun genişlənməsi təhlükəsinin olmadığını deyən Kondratyev hücum nəticəsində ekipaj və liman işçiləri arasında ölən və yaralananların olduğunu bildirib. 

Qeyd edək ki, TASS xəbər agentliyinin məlumatına görə hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
14
azxeber.com

10Mənbələr