AZ

Rusiya neft nəhənginin zavodu vuruldu – Yanğın baş verib

İyulun 22-də Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin beş region, Qara və Azov dənizləri yaxınlığında 47 pilotsuz uşan aparatın (PUA) vurduğunu bildirib.

Nazirlik PUA-ların əksəriyyətinin Rostov, Belqorod, Voronej, Smolensk və Krasnodar vilayətlərində vurulduğunu, 17-nin isə dəniz üzərində məhv edildiyini bildirib.

Krasnodar vilayəti administrasiyası vurulan dronların qalıqlarının Rusiyanın neft nəhəngi “Rosneft”ə məxsus Tuapse neft emalı zavoduna düşdüyünü, nəticədə yanğın baş verdiyini bildirib.

Teleqram kanalları isə sözügedən zavoda bir neçə PUA düşdüyünü, nəticədə zavodda güclü yanğın baş verdiyini iddia edirlər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
21
azpolitika.info

10Mənbələr