AZ

PUA-lar neft emalı zavoduna hücum edib - Foto

PUA-lar

Ukraynanın pilotsuz uçan aparatları (PUA) Rusiyanın Krasnodar vilayətində neft emalı zavoduna hücum edib.

Reyting.az
xəbər verir ki, ən azı 8 PUA-nın neft emalı zavoduna hücum etdiyi bildirilir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində iyulun 22-nə keçən gecə Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavoduna yanğın baş verib.



PUA-lar yerli vaxtla təxminən saat 3:30-da Tuapse üzərində aşkar edilib.

Yerli sakinlərin məlumatına görə, hücumun ilk dalğası zamanı düşmənin hava hücumundan müdafiəsi eyni anda dörd kamikadze pilotsuz təyyarəni vurmağa cəhd edib. Daha sonra, səhər saat 6:25 radələrində neft emalı zavodunun ərazisində ən azı iki daha güclü partlayış baş verib, bundan sonra obyektdə yanğın başlayıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
21
reyting.az

10Mənbələr