Tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, A.Kürsüm avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn VAZ markalı avtomobil onun maşınına çırpılıb.
Avtotəlimçinin sözlərinə görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında baş verib.
O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Videonu təqdim edirik: