AZ

Tanınmış xanım təlimçi qəzaya düşdü

Tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb.

Bu barədə o, Oxu.Az-a məlumat verib.

O qeyd edib ki, avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn “Jiquli” markalı avtomobil onun avtomobilinə çırpılıb.

Avtotəlimçi Oxu.Az-a bildirib ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarını keçən hissəsində baş verib.

O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Videonu təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
14
editor.az

10Mənbələr