Tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb. Bu barədə o, Oxu.Az-a məlumat verib.
O qeyd edib ki, avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn VAZ markalı avtomobil onun maşınına çırpılıb.
Avtotəlimçi Oxu.Az-a bildirib ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında baş verib.
O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Videonu təqdim edirik:
Tarix: 30 İyun 2024, 20:17