RU

İran Seçki Komissiyası səsvermə vaxtını yenidən uzatdı – Yenilənib


İranın Seçki Qərargahı prezident seçkilərində səsvermə vaxtını yenidən uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın seçki komissiyasının nümayəndəsi Möhsün Eslami IRIB telekanalının efirində bildirib.
Bildirilir ki, indi vətəndaşlar yerli vaxtla saat 22:00-a qədər səs verə bilərlər.
Telekanalın məlumatına görə, günün istisi səngidikdən sonra seçki məntəqələrində səs vermək istəyənlərin böyük növbələri düzülüb.

***19:56
İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-a uzadılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami IRIB telekanalında məlumat verib.
“Səsvermə vaxtının uzadılması ilə bağlı ölkənin müxtəlif yerlərindən daxil olan çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, yəni saat 20:00-a qədər uzadılıb”, - Eslami deyib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da başlayıb. Seçkilər ölkə prezidenti İbrahim Rəisinin mayın 19-da vəfatı ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi var: mühafizəkarlar Məhəmməd Bağer Qalibaf, Səid Cəlili, Mostafa Pourmohammadi və islahatçı Məsud Pezeşkiyan.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
3
yeniavaz.com

10Источники