AZ

İranda prezident seçkiləri başa çatıb

Bakı. Trend:

İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtlasaat 24:00-da başa çatıb.

Trend-in məlumatına görə, bunu İran DİN yanında SeçkiQərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, səsvermənin başa çatması ilə səslərinsayılmasına başlanılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərikeçirilib. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib.

Seçkilərin müddəti 10 saat olsa da, yerli vaxtla 24:00-dəkuzadılıb.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, MustafaPurməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabətaparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
7
az.trend.az

10Mənbələr