AZ

İranda prezident seçkiləri başa çatdı

İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 24:00-da başa çatıb.

E-huquq.az xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, səsvermənin başa çatması ilə səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib.

Seçkilərin müddəti 10 saat olsa da, yerli vaxtla 24:00-dək uzadılıb.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
e-huquq.az

10Mənbələr