RU

Sumqayıtda yaşayış binasında YANĞIN: 4 nəfər tüstüdən zəhərləndi, 25-i isə...

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.

Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Избранный
92
20
publika.az

10Источники