AZ

Sumqayıtda yaşayış binasında yanğın: 4 nəfər xəstəxanaya aparılıb

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

 

"Report" bildirir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. 

 

İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.

 

Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

 

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
20
senzor.az

10Mənbələr