AZ

Sumqayıtda yanğın - tüstüdən zəhərlənənlər var

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.   Manset.az Report-a istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb. İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb. Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
18
manset.az

10Mənbələr