AZ

Sumqayıtda yaşayış binasında YANĞIN - ZƏHƏRLƏNƏNLƏR VAR

 

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

 

Sfera.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

 

İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib. 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
18
sfera.az

10Mənbələr