RU

Şimali Makedoniyadan olan məşqçi “Araz Naxçıvan”da

“Araz-Naxçıvan”ın məşqçilər korpusunda dəyişiklik edilib.

İdmanxeber.az-ın məlumatına görə, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib T.Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

Избранный
140
16
idmanxeber.az

10Источники