AZ

"Araz-Naxçıvan"da yeni təyinat

 

“Araz-Naxçıvan” komandasının məşqçilər korpusunda dəyişiklik edilib.

Klubdan apasport.az-a verilən məlumata görə, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan T.Terziev UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahibdir. O, Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
16
apasport.az

10Mənbələr