“Araz-Naxçıvan” komandasının məşqçilər korpusunda dəyişiklik edilib.
Prosport.Az xəbər verir ki, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan T.Terziev UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahibdir. O, Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta