Gürcüstan millisinin hücumçusu Georges Mikautadze Avropa çempionatlarının tarixinə düşüb.
QOL.az xəbər verir ki, o, Avro-2024-ün qrup mərhələsinin hər 3 oyununda qol vurub.
Forvard Türkiyə, Çexiya və Portuqaliya ilə görüşlərdə fərqlənib. O, qrup mərhələsində ümumilikdə 4 qola və 1 qol ötürməsinə imza atıb.
23 yaşlı hücumçu bu mərhələnin hər oyununda qol vurmağı bacaran 9-cu futbolççu olub.
Qeyd edək ki, Mikautadze Avro-2024-ün qrup mərhələsinin bombardiri olub.