AZ

Georges Mikautadze Avropa çempionatlarının tarixinə düşdü

Futbol üzrə Gürcüstan milli komandasının hücumçusu Georges Mikautadze Avropa çempionatlarının tarixinə düşüb.

Arena.az xəbər verir ki, o, Almaniyada təşkil olunmuş Avropa çempionatının (AÇ-2024) qrup mərhələsinin hər 3 oyununda qol vurub.

Forvard Türkiyə, Çexiya və Portuqaliya ilə görüşlərdə fərqlənib. Mikautadze qrup mərhələsində ümumilikdə 3 qola və 1 qol ötürməsinə imza atıb.

23 yaşlı hücumçu tarixdə Avropa çempionatlarının qrup mərhələlərinin hər oyununda qol vurmağı bacaran 9-cu futbolçu olub. Daha əvvəl bunu Mişel Platini (1984), Alan Şirer (1996), Xristo Stoiçkov (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004), Rud van Nistelroy (2004), Qaret Beyl (2016) və Kristiano Ronaldo (2021) bacarıblar.

Qeyd edək ki, Mikautadze həm də AÇ-2024-ün qrup mərhələsinin bombardiri olub.

Xatırladaq ki, Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar karyerasına “Mets”də başlayıb. O, 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Gürcü forvard “Mets”də vaxtilə 45 oyuna çıxıb, 26 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Bu üzdən də hücumçu bu ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını da alıb. Mikautadzenin “Mets” karyerası bütövlükdə 64 oyun, 38 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan milli komandasında 28 oyun keçirib, 13 qola imza atıb, 2 assist edib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
7
arena.az

8Mənbələr