AZ

Əfsanəvi idmançı Premyer Liqa klubundan pay almaq istəyir

Dördqat MBA çempionu Şakil O'Nil "Vest Hem" klubundan pay almaq üçün danışıqlar aparır.

Publika.az xəbər verir ki, keçmiş basketbolçu London klubunun ötən mövsüm matçlarını izlədikdən sonra onun səhmlərini almağa maraq göstərib. Bu barədə "The Sun" məlumat yayıb.

“Şakil ingilis futbolunu sevir və kluba böyük sərmayə qoymağa hazırlaşır. Mövsümün son oyununda iştirak etdi və çox həzz aldı. Maliyyə şərtlərinin ona uyğun olub-olmayacağı sual altındadır. O`Nil həqiqətən də sövdələşmənin həyata keçirilməsində maraqlıdır”, - deyə mənbə bildirib.

Hazırda “Vest Hem”in səhmdarları iş adamları Devid Sallivan (38,8%) və Daniel Kretinski (27%), qadın biznesmen Vanessa Qold (25,1%) və investor Albert Smitdir (8%). Klubun səhmlərinin daha 1,1%-i digər investorlara məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
7
publika.az

8Mənbələr