AZ

AÇ-2024-ün bombardiri Liqa 1-də klubunu dəyişir - Razılıq əldə olundu

Fransanın “Monako” klubu hazırda davam edən AÇ-2024-ün bombardirini transfer etməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, söhbət Gürcüstan millisinin hücumçusu Xorxe Mikautadzedən gedir. 

Tanınmış insayder Fabritsio Romanonun verdiyi məlumata görə, moneqasklılar futbolçunun özü ilə müqavilənin şərtlərini razılaşdırıblar. 23 yaşlı gürcünün xidmətində maraqlı olan klubların sayı çox olsa da, “Monako” transferi AÇ-2024-ün sonuna qədər başa çatdırmağa ümid edir. 

Mikautadze son Fransa çempionatında 20 matçda 13 qol vurduğu "Mets" klubuna məxsusdur. Futbolçu mövsümün ikinci yarısını icarə əsasında “Ayaks”da keçirib. 

AÇ2024-də Mikautadze artıq 3 qol vurub və hazırda "Qızıl buts" uğrunda yarışa başçılıq edir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
7
fanat.az

8Mənbələr