Bakı. Trend:
Su kanalında qadın meyitinin aşkar edilməsi faktı ilə bağlıaraşdırma aparılır
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, iyunun 26-da saat 17radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərərayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü VəsiləMəmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayonprokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsibarədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.