AZ

Su kanalında 37 yaşlı qadının meyiti tapıldı

Tərtərdə su kanalından qadın meyiti tapılıb.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Tərtər şəhəri ərazisindən keçən su kanalında iyunun 26-da, saat 17 radələrində Ağdərə rayonu, Şıxarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
 
"Hadisənin başvermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - məlumatda qeyd olunub.
 
Seçilən
96
10
moderator.az

10Mənbələr