AZ

Tərtərdə su kanalından qadın meyiti tapıldı

Tərtərdə su kanalından qadın meyiti tapılıb.

Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tərtər şəhəri ərazisindən keçən su kanalında iyunun 26-da, saat 17 radələrində Ağdərə rayonu, Şıxarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

"Hadisənin başvermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
10
avtosfer.az

10Mənbələr