AZ

Su kanalında qadın meyitinin aşkarlanması faktı ilə bağlı araşdırma aparılır

Su

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkarlanması faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

 

Seçilən
89
10
azertag.az

10Mənbələr