RU

Zaqatalada 14 yaşlı oğlanın ölümü ilə nəticələnən avtomobil qəzasına dair cinayət işi açılıb - YENİLƏNİB

Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol nəqliyyat hadisəsiylə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsiylə cinayət işi başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.

İstintaq aparılır.

***
20:01

Zaqatalada dörd gün əvvəl avtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 14 yaşlı Ə. Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Избранный
72
6
apa.az

10Источники