Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol nəqliyyat hadisəsiylə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsiylə cinayət işi başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
İstintaq aparılır.
***
20:01
Zaqatalada dörd gün əvvəl avtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, 14 yaşlı Ə. Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.