AZ

Zaqatalada dəhşətli qəza: 14 yaşlı oğlan xəstəxanada can verdi

Zaqatalada dörd gün əvvəl avtomobilin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.
 
2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.
 
Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb.
 
Qeyd edək ki, 14 yaşlı Ə.Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.
 
Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb.
 
(APA)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
6
moderator.az

10Mənbələr