Bakı. Trend:
Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarətmilli komandaları Bolqarıstanda keçiriləcək Avropa çempionatınahazırlıqları başa vurub.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Trend-ə verilən məlumatagörə, Sofiya şəhərindəki yarışda ölkəmiz 14 çəki dərəsində 10 oğlanvə 9 qız cüdoçu ilə təmsil olunacaq.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiyaprezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşqtoplanışlarını ziyarət edərək onların hazırlıqları iləmaraqlanıblar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da təşkilolunacaq.