AZ

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandaları Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqları başa vurub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a verilən məlumata görə, Sofiya şəhərindəki yarışda ölkəmiz 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
azertag.az

7Mənbələr