AZ

Azərbaycanı Avropa çempionatında neçə cüdoçu təmsil edəcək?

Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandalarının Avropa çempionatına hazırlıqları başa çatıb.

Prosport.Az xəbər verir ki, yığma Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yarışda 14 çəki dərəcəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF-in prezidentin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
prosport.az

7Mənbələr