AZ

Avropa çempionatında 19 cüdoçumuz mübarizə aparacaq

Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının Avropa çempionatına hazırlıqları başa çatıb.

İdman.biz xəbər verir ki, yığma Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yarışda 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF-in prezidentin müşaviri Natiq Bağırov milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da keçiriləcək.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
4
idman.biz

7Mənbələr