RU

Bakıda binada dəhşətli anlar: Qadınlar yaralandı

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu24.com-un  sorğusuna cavab olaraq bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Избранный
162
49
oxu24.com

10Источники