AZ

Hadisə / VideoBakıda dəhşətli hadisənin səbəbi bilindi - YENİLƏNİB-2/VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73 ***18.56 Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.   Far.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hadisə ilə bağlı bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.   Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.   Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

***18:03

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yaşayış binasında lift trosunun qırılmasına münasibət bildirib.

Qurumdan Far.Az-in sorğusuna cavab olaraq qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranması səbəbindən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bununla əlaqədar olaraq, FHN-in xilasediciləri dərhal əraziyə cəlb olunub.

1 nəfər sakin xilas olunaraq Təcili tibbi yardım briqadasına təhvil verilib.

***17:40

Paytaxtda dəhşətli hadisə yaşanıb.

Far.Az xəbər verir ki, hündürmərtəbəli yaşayış binalarından birində lift trosu qırılıb.

Nəticədə lift lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla 79 ünvanında qeydə alınıb.

Bu barədə Far.Az-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Bədbəxt hadisə zamanı bir çox insanın xəsarət aldığı qeyd edilib.

Far.Az sözügedən ərazidən görüntülər təqdim edir:

Far.Az VİDEO VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
far.az

10Mənbələr