AZ

Bakıda adamla dolu lift qırılıb şaxtaya düşdü -

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında lift qırılıb. Hadisəsinin təfərrüatı açıqlanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Metbuat.az-a bildirilib ki, bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub.

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar", - məlumatda deyilir.

***

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Nəticədə lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.

Bədbəxt hadisə zamanı xəsarət alanların olduğu qeyd edilib.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
49
metbuat.az

10Mənbələr