RU

Qüsurlu uşaqların 40,5 %-i qohum nikahlarından dünyaya gələnlərdir - Komitə sədri

Bakı. Trend:

Bugünkü rəqəmlərə baxsaq görərik ki, hər il yüzlərlə nikahagirmək istəyənlər arasında təhlükəli xəstəliklər aşkar olunur.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsininsədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasındadeyib.

Onun sözlərinə görə, hansı ki, həmin şəxslər nikaha girsələrböyük əksəriyyətinin uşağı ağır patologiya ilə dünyaya gələrdi.

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qohumnikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulmaehtimalı 2-3, hətta 4 dəfə artıqdır. Eyni zamanda 1 % uşaqlararasında aşkarlanan qüsurlar, qohum evliliyi nəticəsində 9 % təşkiledir.

Dünyada yaşayan insanların 10-12 %-i qüsurlu olanlardır. Onlarında 40,5 %-i qohum nikahlarından dünyaya gələn uşaqlardır. Bunutəkzib etmək və ya haqq qazandırmaq mümkün deyil. Bəzən insanlar burəqəmlərə inanmır. Halbuki biz hər gün belə ailə faciələri ilərastlaşırıq. Qohum nikahları əsasən irsi qan xəstəlikləri, dayaqhərəkət aparatının qüsuru, həm fiziki, həm də zehni qüsurlara yolaçır. Bu kimi ailələrlə söhbət edəndə şahidi oluruq ki, nikahdanəvvəl heç bir tibbi müayinədən keçməyiblər”, - komitə sədri əlavəedib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
6
az.trend.az

10Источники