AZ

Qohum nikahlardan şikəst uşaqlar doğulur - Akademik

Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq.

Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, hər il nikaha girmək istəyən yüzlərlə insanda təhlükəli xəstəliklər aşkar edilir:

"Onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da qohum nikahlarından dünyaya gələn uşaqların xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5%-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
5
ulusum.az

10Mənbələr