AZ

Qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gələnlərdir - Deputat

Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

    Deputat bildirib ki, hər il 100-lərlə nikaha girmək istəyən insan arasında təhlükəli xəstəliklər aşkar edilir: “Onlar nikaha girsəydi dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, ÜST-ün statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır”.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    36
    5
    bakivaxti.az

    10Mənbələr