"Ukrayna gələcəkdə Şimali Atlantika Alyansına qoşulacaq".
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
“Ukraynanın gələcəyi NATO-da. NATO-ya üzv olacaq. Biz bunu aydınlaşdırdıq”, - Miller bildirib.
Miller bunun nə vaxt və hansı şəraitdə baş verəcəyini vurğulamayb.