AZ

Ukraynanın gələcəyi NATO-dadır - ABŞ Dövlət Departamenti

Ukraynanın gələcəyi NATO-dadır. Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib.

“Ukraynanın gələcəyi NATO-dadır. O, NATO-ya üzv olacaq. Biz bunu aydınlaşdırmışıq”, - Dövlət Departamentinin sözçüsü brifinqdə bildirib.

Eyni zamanda Miller bunun nə vaxt baş verə biləcəyini dəqiqləşdirməyib.

Bundan əvvəl, iyunun 14-də Pentaqonun rəhbəri Lloyd Ostin yaxın gələcəkdə NATO-nu genişləndirmək istəyinin olmadığını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
modern.az

10Mənbələr