AZ

Ağ Ev Ukraynanın NATO-ya üzv olmasının şərtini açıqladı

Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ola bilmək üçün Rusiya ilə münaqişədə qalib gəlməlidir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ukraynanın NATO-ya qoşulması perspektivlərini şərh edərkən bildirib.

Kirbi həmçinin ABŞ Prezidenti Co Baydenin hələ də Ukraynanın gələcəkdə NATO-ya üzv qəbul edilməli olduğuna inandığını qeyd edib.

O, həmçinin bildirib ki, NATO-nun genişləndirilməsi qərarını onun bütün üzvləri verir.

“ABŞ bunu sehrli şəkildə həyata keçirə bilməz”, - deyə Kirbi əlavə edib.

Qeyd edək ki, 2021-ci ilin iyununda Brüsseldə keçirilən NATO sammitinin iştirakçıları yekun kommünikedə Ukrayna və Gürcüstanın gələcəkdə alyansa üzv ola biləcəyini bəyan ediblər.

Yeniavaz.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
16
hurriyyet.az

10Mənbələr