Güclü külək Gəncədə fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında başlayan külək şəhərin bəzi küçələrində ağacları aşırıb. Hazırda küləkli hava şəraiti hökm sürür. Güclü külək bir neçə evin dam örtüyünü dağıdıb. Həmçinin şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb.