AZ

Göyçayda güclü külək: şam ağacları yaşayış evinin üzərinə aşdı - FOTO

Axşamdan əsməyə başlayan güclü külək və yağış Göyçay rayonunda bir sıra fəsadlar törədib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, güclü küləyə tab gətirməyən şam ağacları rayonun   M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinin üzərinə aşıb.

Baş vermiş hadisənin aradan qaldırılması məqsədilə əraziyə aidiyyatı qurumların canlı qüvvəsi və texnikası cəlb olunub.
Aşmış ağaclar hissələrə doğranaraq ərazidən götürülüb.

Qeyd edək ki, güclü külək  nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.






Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
22
bizim.media

10Mənbələr