AZ

Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə döndü - VİDEO

Kürdəmirdə

Kürdəmirdə 6 otaqlı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə döndü. Ulusum.az-ın məlumatına görə, hadisə yerinə FHN-nin əməkdaşları cəlb olundu. Hadisə bu gün günorta saatlarında rayonun Həzi Aslanov küçəsi 26 nömrəli evdə qeydə alınıb. Belə ki,rayon sakini Şakir Kazımova məxsus 2 ailənin yaşadığı ümumi sahəsi 240 kv metr olan birmərtəbəli 6 otaq və bir mətbəxdən ibarət olan ev yanar kanstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın zamanı evdə heç kimin olmadığından yanğın barədə ev sahibinə qonşular məlumat veriblər. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəinin 3 yanğınsöndürən maşını və 16 nəfər şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin bir otağı 20 kv metr sahədə digər otağı isə 30 kv metr sahədə yanğından mühafizə olunub. Qalan hissələr isə əşyalarla birlikdə yanıb. Ev sahibinin sözlərinə görə on küllü miqdarda maddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.Eltun Məmmədov

Diqqət Çəkənlər

İraq türkləri – Azərbaycan münasibətlərində yeni üfüqlər FOTOLAR

Bakıda zavodda faciə: Beş nəfər zəhərlənərək öldü - SİYAHI

Tər qoxusundan birdəfəlik azad olun! - Mütləq yoxlayın

Seçilən
120
6
ulusum.az

10Mənbələr