AZ

Göyçayda tanınmış restoran bir anda külə döndü - FOTO/VİDEO

Göyçayda tanınmış restoran bir anda yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, anidən başlayan yanğın qısa zamanda şiddətlənərək bütün restoranı əhatə edib.

Yanğın nəticəsində restoranın otaqları, bütün əşyaları, məişət avadanlıqları yanaraq külə dönüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Ətrafda olan tikililər yanğından mühavifizə edilib, alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.

Restoran sahibinin sözlərinə görə, yanğın zamanı ona 100 min manat zərər dəyib.

Hazırda faktla bağlı araşdırma aprılır.
 





Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
6
bizim.media

10Mənbələr