Bakupost.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 258 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 35 fələstinlinin həyatını itirdiyi, 130 nəfərin yaralandığı bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən bu yana hücumlarda ölənlərin sayı 37 min 431-ə, yaralıların sayı isə 85 min 653-ə yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.
Elnur
BakuPost