RU

Cəlilabadda 2 avtomobil toqquşdu: 3 yaralı var - FOTO

Köhnə Ələt-Astara magistralının 138-ci kilometrliyində, yolun Cəlilabad rayonun Qarazəncir kəndindən keçən hissəsində "Ford" markalı avtomobil "Jiquli 2106" markalı maşınla qarşı-qarşıya gəlib. 

Bizim.Media xəbər verir ki, nəticədə ağır nəqliyyat hadisəsi baş verib.

"Jiquli"də olan 3 şəxs agır bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hər iki avtomobil ciddi deformasiyaya uğrayıb.
 

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
73
17
bizim.media

10Источники