AZ

Daşkəsəndə dağ UÇQUNU – Yol bağlandı – VİDEO

Daşkəsənə yağan davamlı yağışlar rayon ərazisində ciddi fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun Bayan qəsəbəsindən keçən hissəsində dağ süxurların aşınması nəticəsində qaya parçaları yola tökülüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, yolun bir hissəsi təmamilə bağlanıb. Hadisə yerinə Daşkəsən rayon icra hakimiyyətinin və yol idarəsinin əməkdaşları, xüsusi texnika cəlb olunub.
Məlumata görə, aşınma davam etdiyindən hazırda texnikanın işləməsi mümkün deyil. Təhlükəli vəziyyət tam aradan qalxdıqdan sonra aidiyyatı qurumlar tərəfindən yolun təmizlənməsinin təmin ediləcəyi bildirilib.
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
48
bizim.media

10Mənbələr